Əsas Səhifə > Şou-biznes > “Cenifer Lopes məni ziyarətə gəlib”

“Cenifer Lopes məni ziyarətə gəlib”


3-06-2014, 11:38
“Cenifer Lopes məni ziyarətə gəlib”
Əməkdar artist Elza Seyidcahanın əməliyyat keçirdiyi, xəstəxanada yatdığı ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, xəbəri hətta yaxınlarından belə gizlətməyə çalışan müğənni problemin qadın xəstəliyi ilə bağlı olduğunu deyib.

E.Seyidcahanı xəstəxanada sənət dostları da ziyarət edib. Əməkdar artistə baş çəkənlərdən biri də müğənni Günay İbrahimli olub. Xəstəxanada çəkilən fotoları İnstaqram səhifəsində paylaşan E.Seyidcahan G.İbrahimli haqqında “Cenifer Lopes məni ziyarətə gəlib” sözlərini yazıb.

Qeyd edək ki, E.Seyidcahan və G.İbrahimli duet oxumağa hazırlaşır. Cütlüyün səsləndirəcəyi "Paralandım" adlı mahnının musiqisi əməkdar artistin özünə məxsusdur.

Geri qayıt