Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı müğənniyə 200 minlik maşın bağışladılar

Azərbaycanlı müğənniyə 200 minlik maşın bağışladılar


31-05-2014, 11:32
Azərbaycanlı müğənniyə 200 minlik maşın bağışladılar
Səidə Sultana hədiyyənin kim tərəfindən verildiyi sirr saxlanılır, işin içində məmur oğlu və iş adamı versiyaları var

Azəbaycanın tanınmış müğənnilərəfn biri olan Səidə Sultan bu yaxınlarda şəhərdə bahalı avtomobildə görünüb. JAM.AZ-ın əldə etdiyi məlumata görə, müğənninin idarə etdiyi avtomobilin dəyəri 200 min manata yaxındır.

Maşının markasının isə yeni model “Range Rover” olduğu deyilir. Avtomobili Səidə Sultana hədiyyə verildiyi deyilir. Hədiyyəni verənin kimliyi isə sirr saxlanılır. Bəzi iddialara görə, belə bahalı maşını müğənniyə məmur övladlarından biri verib. Lakin əsas versiya budur ki, Səidə Sultana “Range Rover”i hədiyyə edən şəxs iş adamıdır və onun pərəstişkarlarından biridir.

Geri qayıt