Əsas Səhifə > Şou-biznes > Faiq Ağayev Aygünlə Natavanı barışdırmaq istəyir
Faiq Ağayev Aygünlə Natavanı barışdırmaq istəyir28-05-2014, 12:28 |
Xalq artisti Faiq Ağayev həmkarı Aygün Kazımova ilə müğənni Natavan Həbibini barışdırmaq istəyir. Axşam.az-ın məlumatına görə, müğənni “Şou+” verilişinə müsahibəsində “Aygün xanımla Natavanı barışdırmaq istərdinizmi” sualına belə cavab verib: “Mənim əlimdə olsa, Aygünü anlaşılmazlıq nəticəsində normal münasibətdə olmadığı biri ilə barışdırardım. Barışdırmaq istəyərdim...”. Natavan Həbibi isə bu barışığın mümkünsüz olduğunu vurğulayıb: “Allah hər kəsi arzusuna çatdırsın. Amma bu mümkünsüzdür. Məndən bu barışığı heç kəs gözləməsin”. Geri qayıt |