Əsas Səhifə > Şou-biznes > Aygün Kazımovanın qızı anasından başqa heç kimi bəyənmir

Aygün Kazımovanın qızı anasından başqa heç kimi bəyənmir


15-05-2014, 11:03
Aygün Kazımovanın qızı anasından başqa heç kimi bəyənmir
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova maraqlı açıqlamaları ilə yadda qalıb.

ANS PRESS-in məlumatına görə, ötən günlərdə yeni mahnısını təqdim edən gənc ifaçı yerli şou biznesdə özünü tay tutacağı müğənninin olmadığını bildirib. İddialı addımlarla irəli gedən İlqarə gənc müğənnilərin sənətləri üçün heçnə etmədiklərini dilə gətirib:

"Yerli səhnədə gənc ifaçılar sırasında özüm ilə müqayisə edəcəyim insan yoxdur. Onlar öz üzərlərində işləmirlər ki, qabağa getsinlər. Axır vaxtlar bizim mahnılara qulaq asanda dəhşətə gəlirəm, doğurdanda qaçıb getmək istiyəm buralardan. Bizim səhnədə heç kimi bəyənmirəm, bəzilərinin oxuduğu mahnılardan mən 5 dəqiqəyə yazaram".

ANS PRESS-ə müsahibə verən ifaçı bundan əlavə olaraq İlqarə bildirib ki, hərdən Aygün Kazımovaya baxıb şükür edir ki, Azərbaycanda Aygün Kazımova kimi müğənni var: "Hələ ki heç kim ümüdünü itirməsin, A.Kazımova var, amma o da bizi tərk edir Türkiyəyə gedir, görək sonra nə olacaq (gülür)".

Geri qayıt