Əsas Səhifə > Şou-biznes > “Mətbuat Şurası məni izləyir" - Zaur

“Mətbuat Şurası məni izləyir" - Zaur


15-05-2014, 11:00
“Mətbuat Şurası məni izləyir" - Zaur
“Xəzər” telekanalının aparıcısı Zaur Kamal “5/5” verilişindən danışıb.

Axşam.az-ın məlumatına görə, o, Mətbuat Şurasının onu daim izlədiyini, buna görə də canlı yayımda ehtiyatla davrandığını deyib:

“5/5” verilişi kifayət qədər reytinqlidir. Günün bu saatında biz tamaşaçını ekran qarşısına yığa, reytinq toplaya biliriksə, bu böyük işdir. Bizi Mətbuat Şurası izləyir. Xalqın və onların qarşısında elə veriliş təqdim etməliyik ki, Azərbaycan adət-ənənəsinə, mentalitetinə zidd heç nə olmasın. Bu şərtlər altında reytinq qazanmaq asan deyil”.

Geri qayıt