Əsas Səhifə > Şou-biznes > "Əslində mən bir az abrıma qısılıram"
"Əslində mən bir az abrıma qısılıram"14-05-2014, 09:35 |
DİA.AZ show.az-a istinadən bildirir ki, aparıcı Zaur Baxşəliev internet portallarında yazılan xəbərlərə kəskin yanaşıb, hətta bir qədər hədələyici mövqe tutan aparıcı xüsusi ismarıc da göndərib. “Bütün saytların rəhbərlərinə irad tuturam ki, insanların şəxsi həyatını müzakirə edirlər. Əslində mən bir az abrıma qısılıram. Əgər ağzımı açsam, saytlarda başqalarının həyatını müzakirə edənlər gərək başlarını qaldırıb baxmasınlar. Hamısı deyil, bəzilərinə aiddir. Burada ciddi mövzular müzakirə olunur, lakin onlardan bir cümlə belə yazılmır. Amma bir balaca kənara çıxsan, məsələn, qarnına vursan, yazacaqlar ki, “Zaur canlı efirdə qarnına vurdu”. Brilliant xanım mənim köynəyimin düyməsini açdı, hamı yazacaq ki, “Brilliant Dadaşova Zauru soyundurdu”. İnsanlara sanki belə mövzular maraqlıdır”. Xatırladaq ki, Zaur Baxşəliyev ATV telekanalında qalmaqallı şəkildə “Ümid var” verilişi bağlandıqdan sorna “Öz aramızda” sosial-analitik verilişinə aparıcılıq edir. Verilişdə sosial-analitik mövzularla yanaşı, adi insanların, eləcə də bir çox məşhurların şəxsi həyatları müzakirə olunur. Dünənki verilişdə teleaparıcı Lətafət Ələkbərovanın həyat yoldaşından ayrılmağı müzakirə olunub. Teleaparıcının şəxsi həyatı barədə heç yerdə söyləmədiyi faktların üstü açılıb. Geri qayıt |