Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı aktrisa: "O öpüş səhnəsi təbiidir..."

Azərbaycanlı aktrisa: "O öpüş səhnəsi təbiidir..."


6-05-2014, 08:58
Azərbaycanlı aktrisa: "O öpüş səhnəsi təbiidir..."
DİA.AZ aktrisa İlahə Həsənovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- İlahə xanım, artıq altı aya yaxındır ki, ailə həyatı qurmusunuz. Hansı dəyişikliklər var?

- Şükür Allaha, hər şey yaxşıdır. Sadəcə olaraq, bir az ev işlərim artıb. Çalışıram ki, işlərimi də axsatmayım.

- Həyat yoldaşınızın sizin sənətinizə olan münasibəti necədir?

- Heç bir narazılığı yoxdur. Əksinə, gördüyüm hər bir işdə mənə dəstək olur.

- İlk övladınızın oğlan, yoxsa qız olmasını istərdiniz?

- Daha çox istərdim ki, oğlan olsun.

- Son zamanlar seriallardan bir qədər uzaq düşmüsünüz. Bu, nə ilə əlaqədardır?

- Bir ilə yaxındır ki, serialda çəkilirdim. Ancaq son zamanlar həm vaxt baxımından çatdıra bilmirəm, həm də ya ödənilən qonorar, ya da ssenari məni qane etmir. Buna görə də seriallara çəkilməyə bir müddət ara vermişəm.

- Ümumiyyətlə, serillardan tez-tez dəvət alırsınız?

- Bəli, mütəmadi olaraq dəvətlər alıram və çalışıram ki, onları dəyərləndirim.

- Tamaşaçılar sizi yolda görəndə tanıyırlar? Bunu müşahidə etmisiniz?

- Sözün düzü, belə hallarla nadir hallarda rastlaşıram.

- Belə çıxır ki, siz bir o qədər də şöhrət arxasınca qaçmırsınız. Elədir?

- Bəli, məşhur olmaq arzusunda deyiləm. Gördüyüm işlərlə, oynadığım rollarla tanınmağı daha məqsədəuyğun bilirəm.

- Nə vaxtsa sənətdən getmək qərarınız var?

- Hələ ki, elə bir qərarım yoxdur. Daha doğrusu, bu barədə heç vaxt düşünməmişəm. İndi də belə bir fikrim yoxdur. Nə qədər ki gücüm var, o qədər də səhnədə olacağam, inşallah.

- Açıq-saçıq səhnələrdə çəkilmək təklif olunsa, qəbul edərsiniz?

- Əslində, oturub bu barədə elə də dərindən fikirləşməmişəm. Bilmirəm, bəlkə də yerində və vacib olsa, bəlkə də çəkilərəm. Təbii ki, texniki və estetik baxımdan gözəl çəkilərsə.

- Səhv etmirəmsə, "Teleskop" tamaşasındakı bir epizodda partnyorunuzla texniki yox, həqiqətən öpüşürsünüz...

- Bəli, o öpüş səhnəsi təbiidir. Çünki başqa bir variant yoxdur. Rejissor bu səhnəni belə göstərməyə məcburdur.

- Son illərdə həyatınızda nə artıb, nə azalıb?

- Azalmaqdan çox, artım olub. Bir də ki həyata baxış tərzim dəyişib. Daha da dolğunlaşıb. İşimdə də fərqlilik və irəliləyişlər müşahidə edirəm.

- Sizin səs tembriniz də fərqlidir. Bundan istifadə edirsiniz?

- Bunu mənə çox deyirlər. Bu, mənim rollarımın uğurlu alınmasına da müsbət təsir edir. Bundan başqa bu səs tembrini dublyajlar da istifadə edə bilərəm.

- Mən düşünürəm ki... Bu ifadəni necə tamamlamaq istərdiniz?

- Mən düşünürəm ki, hər bir insan öz ürəyi və ruhu istədiyi kimi yaşamalıdır. Onda həyat daha gözəl və mənalı olur.

- Siz özünüz istədiyiniz kimi yaşaya bilirsiniz?

- Şükür Allaha ki, istədiyim kimi yaşayıram. Heç nədən korluq çəkmirəm. Sağlamlığım, sənətim işim və s. var. Bunlar mənə kifayət edir.

Geri qayıt