Əsas Səhifə > Şou-biznes > Tanınmış ekstrasensdən şou nümayəndələri barədə ŞOK proqnozlar
Tanınmış ekstrasensdən şou nümayəndələri barədə ŞOK proqnozlar30-04-2014, 08:51 |
Rusiyada fəaliyyət göstərən tanınmış ekstrasens yerli şou-biznes nümayəndələri haqqında danışıb. ANS PRESS-in xəbərinə görə, tanınmış ekstrasens Aqil Məhərrəmov bu il ərzində yerli şou-biznes nümayəndələrini nələr gözlədiyini, həmçinin şəxsi həyatları ilə bağlı bir sıra proqnozları açıqlayıb. Xalq artisti Aygün Kazımova: Bu xanım ona yaxın olan bir nəfəri qısa müddət ərzində itirəcək. Səhhətində səsi ilə bağlı ciddi problemlər olacaq, boğazında şiş yaranacaq. Oxumağına fasilə verəcək. Diqqət yetirməsə, bu şiş daha ağır xəstəliyə çevrilə bilər. Müqavilə imzalayan zaman diqqətli olsun. Böyük maliyyə problemi yarana bilər. Yeni layihəsi uğursuz olacaq. Xalq artisti Zülfiyyə Xanbabayeva: Bu qadında çoxlu cadu görürəm. Planlarının 90 %-i reallaşmayacaq. Ailəsinə çox cadu olunub. Ailəsində anasından sonra bir nəfəri də itirəcək. Röya Ayxan: Onun həyatında yaşıl işıq yanır, yeni ev alacaq və böyük bir layihəyə imza atacaq. Böyük bir mükafat alacaq. Onun yuxusuna bu yaxınlarda ruhlar girəcək. Ayağının altını qazan insan haqqında ona məlumat verəcəklər. Dost kimi özünü qələmə verən insanın adını açıqlayacaqlar. Röya ikinci dəfə ana olacaq. Natavan Həbibi: Bir homoseksual tərəfindən çox sıxışdırılır. Ehtiyatlı olmalıdır. İki sevgilisi olacaq. Biri keçmişdən qayıtma, digəri isə yeni tanıdığı bir insan olacaq. İkisi arasında seçim qarşısında qalacaq. Yeni tanıdığı insanı seçsə, yaxşı olar. Anasının sağlamlığından ehtiyyatlı olsun. Qadında qaranlıq görürəm. Konserti çox uğur gətirəcək. Bu konsertdən sonra yeni konserti də olacaq. Bu konsert onun həyatını dəyişdirəcək. Rəqsanə İsmayılova: Bir kişidən ehtiyyatlı olmağı məsləhət görürəm. Həmin qəddar şəxs sənətinə pul barəsində ona ciddi problemlər yaradacaq. Həyatında yeni sevgi görürəm. İş həyatında uğur qazanmayacaq. Avtomobil sürərkən ehtiyatlı olsun, bu yaxın zamanlarda qəzaya düşəcək. Bu xanımda cadu görürəm. Günay İbrahimli: Ailə arasında böyük skandal baş verəcək. Həyatında başqa ölkədən bir sevgili görürəm. Xarici ölkə vətəndaşı ilə sevgili olacaq. Səhhətində problemlər yarana bilər, qadın xəstəliyinə tutula, hətta sonsuzluqla nəticələnə bilər. Ramal İsrafilov: Çox yaxın vaxtlarda ailəsi dağılacaq. Maddi cəhətdən çox problemli görürəm. Külli miqdarda borcu var. Geri qayıt |