Əsas Səhifə > Şou-biznes > Xatirəyə daha bir brilyant hədiyyə etdilər

Xatirəyə daha bir brilyant hədiyyə etdilər


25-04-2014, 10:01
Xatirəyə daha bir brilyant hədiyyə etdilər
Müğənni Xatirə İslama brilyant klon hədiyyə edilib.

Axşam.az-ın məlumatına görə, sənətçi üzərində “X” hərfi olan zinət əşyasını ona yaxın dostunun bağışladığını deyib:

“Dostuma yeni səsləndirdiyim “Üsyan” mahnısının diskini verdim. İfamı o qədər bəyəndiki... Dedi bunun qarşılığında sənə hədiyyə verəcəm. Ötən gün hədiyyəmi göndərdi, çox təəccübləndim. Özəl olaraq mənim üçün hazırlanıb, adımın baş hərfidir”.

Xatırladaq ki, X.İslam türkiyəli müğənni Halil Sezainin “Üsyan” mahnısını repertuarına daxil edib. Sənətçi mahnını ifa etdiyi toy mərasimlərindən birində də hədiyyə almışdı. Toy sahibi müğənniyə brilyant üzük hədiyyə etmişdi.

Geri qayıt