Əsas Səhifə > Şou-biznes > Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib?
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib?4-12-2024, 13:16 |
Estetik cərrah Sevinc Heydərova Xalq artisti Flora Kərimovanı ittiham edib. Həkim Flora Kərimovanın onu şantaj etdiyini açıqlayıb. Sevinc Heydərova bildirib ki, müğənni şantajla ondan 30 min manat istəyir: "Flora xanımın məndən öncə kimlər gözünü əməliyyat edib, kimlər göz qapağını o hala salıb, açıqlasın. Hansı ixtisas həkimi, hansı məşhur həkimlər? Mənim boynuma atmasınlar. O əməliyyatı endokrinoloq həkim edib, özü açıqlasın. Həmin həkim mən deyiləm. Mən endokrinoloq yox, nevroloq olmuşam. Mənim ixtisasımı dəyişməyə hüququm var. Flora Kərimova niyə təkcə məni məhkəməyə verir? Assistenti göndərmişdi öncədən ki, 30 min ver, verməsən, səni rüsvay edəcəyik. Bəlkə o həkimlər Flora xanıma müəyyən pul verib, ona görə onların adını çəkmir". Məsələ ilə bağlı Flora Kərimovanın vəkili Elçan Həsənli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sevinc Heydərovanın şantaj kimi təqdim etdiyi 30 min manat məsələsi iddia tələbində göstərilib: "Flora xanım deyir ki, mənim gözümə vurulan maddi ziyana görə 30 min manat təzminat ödənməlidir. Bu, şantaj deyil, məhkəmə qaydasında irəli sürülən iddia tələbidir. Biz məsələni şou halına çevirmək istəmirik. Ortada böyük fakt var. Biz məsələni hüququ prosedurlarla edirik. Hazırda Flora xanımın əməliyyatı ilə bağlı məhkəmə işi Ali Məhkəməyə göndərilib, kassasiya şikayəti verilib. Hələ bu iş yekunlaşmayıb. Yekun qərar verilməyib ki, Flora xanım kimin təqsirindən bu hala salınıb. İkinci vacib məsələ bizim Səhiyyə Nazirliyini məhkəməyə verməyimizdir". Elcan Həsənli bu məhkəmə prosesinin yanvar ayının 22-nə təyin edildiyini də vurğulayıb: "Yəni, proses gedir, işlər yekunlaşmayıb. Yalnız yekun qərardan sonra nəsə fikir bildirmək olar". Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Səbinə Heydərova edib. Müğənni əməliyyatdan sonra əks fəsadlarla qarşılaşıb, eyni zamanda gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. Geri qayıt |