Əsas Səhifə > Şou-biznes > "Barmaqlarında 20 minlik üzük olan bu müğənni, meyxanaçılar..."
"Barmaqlarında 20 minlik üzük olan bu müğənni, meyxanaçılar..."3-12-2024, 11:46 |
Vicdansız və ya insan olmayan "insanlar" mövzusundan. Fərq etməz ki, insan hansı sənət və ya peşənin sahibidir, özünə insan deyənlər, bu insanlara qarşı həssas olmağa borcludurlar. Təqribən 1 ay olar ki, özəl televiziyalarda və sosial şəbəkələr: bu gün vəfat edən Xəyyam adlı meyxanaçının ağır vəziyyətindən danışır, onun müalicəsi üçün pula ehtiyacı olduğunu və ona maddi kömək etmək lazım olduğunu bildirirlər. Ağır vəziyyətdə olan meyxanaçıya kömək etmək əvəzinə, həmkarları başqalarından kömək istəyir. Bir toy məclisinə 5-10 min manata gedən, ən azı 70 minlik maşında gəzən, barmaqlarında 20 minlik üzük olan bu müğənni, meyxanaçılar və aparıcııların əksəriyyəti Xəyyama maddi kömək etmək əvəzinə, utanmadan, çəkinmədən başqa adamlardan pul istəyir və həmkarlarının bu ağır vəziyyətindən belə istifadə edib özlərini reklam edirlər. "Bu gün varam sabah yox", "Dünya onsuz da 5 günlükdür", "bu dünyadan heç kim, heç nə aparmayacaq" deyən, namaz qılıb, oruc tutan, lakin İslam dininin sadə mahiyyətini anlamayan, bol-bol insani statuslar paylaşan insanların çoxu başa düşmür ki, boş sözlər danışmaq əvəzinə,ağır vəziyyətdə olan xəstə insana, dost və ya qohumuna boğazdan yuxarı: nə kömək lazımdır?, nə qulluq edim sənə?işim çox oldu, başım qarışıq oldu-gəlib sənə baş çəkə bilmədim və sair bəhanələr gətirmək lazım deyil. Özünə insan deyənlər: ağır və ya ölüm ayağında olan, müalicəsi olmayan bu insanlara imkan daxilində baş çəkməli, xoş sözlər söyləməli, mənəvi və ya maddi dəstək olmağa borcludurlar. Mənim fikrimcə az da olsa qüruru olan şəxs nə qədər ağır vəziyyət olsa, müalicə üçün pula ehtiyacı olsa belə başqa şəxslərdən pul istəməz. Çox təəssüf ki, bu insanlara qarşı həyatda hələ də vicdansız davranan, min bir bəhanə tapıb olmayan vicdanlarını sakitləşdirməyə çalışan dost, yoldaş və qohumlar da çoxdur. Vəfat edəndən sonra isə həmin şəxs barədə "yaxşı insan idi" kimi xoş sözlərin də həmin insan üçün heç bir əhəmiyyət yoxdur. Şair demiş: "Sağlığında qiymət verin insanlara". Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.life) Geri qayıt |