Əsas Səhifə > Şou-biznes > "Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam"

"Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam"


Bu gün, 10:13
"Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam"
Xalq artisti Emin Ağalarov rusiyalı müğənni Alsu ilə keçmiş həyat yoldaşı, Bakıda doğulan yəhudi əsilli iş adamı Yan Abramovun münasibətlərindən danışıb.

Axşam.az xəbər verir ki, Ağalarov cütlüklə uzun illər dost olduğunu, lakin heç vaxt onların şəxsi həyatına qarışmadığını deyib:

"Bilirsiniz, mənim Alsu ilə ayrı dostluğum var, lakin heç vaxt ailələrə qarışmamışam. Alsu ilə Yanın boşanmaları haqqında danışmamışam və heç bu haqda düşünmürəm də. Biz onunla əsasən iş və biznes məqsədləri üçün ünsiyyət qururuq. Bu barədə şərh verməyim, çünki heç bir təfərrüatdan xəbərim yoxdur.

Alsu peşəkar və mükəmməldir. Onun hər şeyi var - görünüşü, öz üslubu və ən əsası, onun mahnılarını bütün ölkə tanıyır. Onunla işləmək çox gözəldir".

Qeyd edək ki, müğənni və iş adamı bir müddət əvvəl boşanıb. Onların üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mikella və 7 yaşlı Rafael. Uşaqlar anaları ilə yaşamağa davam edəcəklər.

Geri qayıt