Əsas Səhifə > Şou-biznes > "Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..."
"Əgər bu sənətə qazanc gözü ilə baxsaydım..."1-10-2024, 07:33 |
"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı müğənni Amina Şirinqızıdır. Müğənni toyunun zindanda olmasından bəhs edib: "Toyumun zindanda olması insanları təəccübləndirir. Deyirlər ki, gör qız necə sevibsə, gedib zindanda ailə həyatı qurub. Amma bu mənim üçün tamamilə normaldır. Əgər onu gözləməli olsaydım, bu, 7 ilimi alacaqdı. O təklif etdi, mən də sevərək təklifini qəbul etdim. Yenə olsaydı, təkrar eyni addımı atardım". Müğənninin sözlərinə görə, atası onun sənətçi olmasına razı olmayıb: "14 yaşımda Ənvər Sadıqov atama demişdi ki, vaxt gələcək, bu qızın sənətinə həsəd aparacaqlar, qoy, oxusun. Amma atam bununla razılaşmırdı, deyirdi ki, oxusam, ailəm olmayacaq. Lakin onun sözünə qarşı gələrək müğənni oldum və indi özü mənə dəstək olur. Bu sənətə ehtiyac səbəbindən gəlməmişəm. Hər kəs bilir ki, maddi cəhətdən problem yaşayanda atam mənim üçün onları həll edib. Əgər bu sənətə qazanc gözü ilə baxsaydım, hazırda təqdim etdiyim mahnıların yerinə başqa şeylər oxuyardım. Bu səbəbdən heç kimin sözünün təsiri ilə sənətimdən getmərəm". Ətraflı Baku TV-nin süjetində: Geri qayıt |