Əsas Səhifə > Şou-biznes > Mənsum İbrahimova qarşı saxtakarlıq

Mənsum İbrahimova qarşı saxtakarlıq


Bu gün, 06:48
Mənsum İbrahimova qarşı saxtakarlıq
Xalq artisti Mənsum İbrahimov instaqram hesabında sosial media izləyicilərinə müraciət edib.

Axşam.az xəbər verir ki, xanəndə onun adından saxta hesab açıldığını bildirib. O, həmin profili öz səhifəsində paylaşaraq bunları qeyd edib:

"Əziz dostlar, adımdan istifadə edilərək saxta səhifə açıblar. Sizdən xahişim, səhifəni şikayət edəsiniz. Diqqətinizə görə minnətdaram".

Mənsum İbrahimova qarşı saxtakarlıq
Geri qayıt