Əsas Səhifə > Şou-biznes > “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”

“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”


1-10-2024, 00:46
 “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
“İnsanların ağzı torba deyil ki, büzəsən. Sənətkarların mahnılarını oğurlayıb öz adlarına çıxarırlar. Bu günlərdə bir neçə müğənni bir mahnı üzərində dava edirdi. Sonda məlum oldu ki, mahnı oğurluq imiş. Nizami Rəmzinin də mahnılarını, meyxanalarını oğurlayıb öz adlarına çıxarırlar. Bunların ağzını büzməkdənsə istədim ki, özüm çıxım oxuyum. Pis-yaxşı oxuyacam. Atamın mahnısıdır da, atalarının mahnısı deyil ki. Mən oxuyandan sonra heç kim cürət edib deyə bilməz ki, bu mahnı mənimdir”

Bunu Moderator.az - a açıqlamasında Nizami Rəmzinin müğənniliyə başlayan qızı Heyran Baxşıyeva deyib. O daha sonra əlavə edib.

“Məni toylara çağırırlar, heç getmirəm. Öz tanışlarımızın məclislərində ara-sıra oxuyuram. Böyük toy şənliklərinə getmirəm. Sırf məqsədim odur ki, Nizami Rəmzi yiyəsiz deyil, yiyəsi var, bunu bilsinlər. Mahnılarını rəsmi sənədləşdirə bilmədim, bu üsula əl atdım. Həyat yoldaşım maddi dəstək olur, mahnıları studiyada yazdırıram. Bu mahnılardan pul qazanmaq məqsədi ilə oxumuram. “Əcəb miyanə” mahnısını yazdırmışam. Gördüm ki, bu mahnını meyxanaçılar oxuyur, deyirlər ki, filankəsindir. Artıq buna keçmək istəyirdilər. Bu mahnının sözü də, musiqisi də Nizaminindir. Mahnılarını ifa edəndən sonra görürəm ki, Nizamiyə qarşı münasibət dəyişib. Əvvəl icazəsiz oxuyan meyxanaçılar, indi zəng edib icazə alırlar. Mən də deyirəm ki, adını qeyd etmək şərtilə oxuyun. Müğənnilər, meyxanaçılar eyni sözləri, misraları oxuyurlar. Bu sahədə çox kasadçılıq var. Şairlərin yaradıcılıqları yoxdur, ondan-bundan oğurlayırlar. Mən Nizami Rəmzinin sözlərinə yazılmış mahnıları oxuyuram, heç kimi özümə rəqib görmürəm. Mən böyük səhnəyə addım atsam özünə müğənni, meyxanaçı deyənlərin əksəriyyətinin boğazı quruyar. Nizamin bütün mahnıları məşhurdur. Mənim üçün onları oxumaq çox asandır. Hətta bir meyxanaçı mənə dedi ki, bu sahədə də monopoliya var, etiyyatlı ol. Onların cəsarəti çatırsa mənə bir söz desinlər” deyə Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib.
Geri qayıt