Əsas Səhifə > Şou-biznes > Azərbaycanli müğənni Şakirayla duet oxuyacaq

Azərbaycanli müğənni Şakirayla duet oxuyacaq


1-04-2014, 13:21
Azərbaycanli müğənni Şakirayla duet oxuyacaq
DİA.AZ: - Müğənni Ramal Əsədzadə məhşur dünya ulduzu Şakira ilə duet oxuyacaq. O bu barədə Dia.az-a verdiyi açıqlamasinda deyib. Müğənninin dediyinə görə Şakira ən sevdiyi müğənnidir:

“Təzə tanış olmuşuq. Və belə bir müğənni ilə layihə etmək çox sevindirəcək məni. Artıq qısa bir zamanda duet hazır olub təqdim olunacaq”.

Ramal Əsədzadə açıqlamasının sonunda onu da bildirdi ki, təbii, bu bir zarafatdir: “Bu sevənlərim üçün bir aprel zarafatıdır. Onsuz da bizdə şou aləmini ilin 365 günü 1 aprelə
çevirənlər çoxdur”.

Görünür, hər zaman sərt və açıq sözlülüyü ilə tanınan Ramal Əsədzadənin şou-biznesdəki həmkarlarına növbəti atmacasını yollamaq istədiyindən belə deyib.

Geri qayıt