Əsas Səhifə > Şou-biznes > "Maliyyə dəstəyi olarsa, mən də konsert edərəm"

"Maliyyə dəstəyi olarsa, mən də konsert edərəm"


31-03-2014, 08:58
"Maliyyə dəstəyi olarsa, mən də konsert edərəm"
Müğənni Elvin Abdullayev solo konsertlərdən bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında həmkarlarını tamaşaçıları aldatmaqda günahlandırıb:
“Son vaxtlar keçirilən konsertlərdə fonoqramdan çox istifadə edilir. İstəməzdim konsertimdə tamaşaçı kütləsini aldadıb fonoqramdan istifadə edim. Yetərincə sevənlərim var. Əminəm ki, konsert versəm zalı doldura bilərəm. “Yeni ulduz”dan bəri tamaşaçı istəyi mənimlədir. Bir ara “yatdım”, heç bir iş görmədim. Amma son günlər sənətim üzərində çalışıram. 9 ildir səhnədəyəm, bu günə kimi konsertim olmayıb. Bunun üçün maddi durumun yaxşı olması lazımdır. Maliyyə dəstəyi olarsa, mən də konsert edərəm. İstəyərəm ilk konsertimdə ansamblın müşayəti ilə klassik mahnılar oxuyum. Bu yolda uğurlar qazandıqdan sonra estrada mahnılarımdan ibarət konsert verə bilərəm. Şou performans haqda fikirləşmirəm. Səhnədə şou göstərəcəm deyə bir iddiam da yoxdur. Çünki bu günə kimi səhnədə nə rəqs edib, nə də şou göstərmişəm”.

Geri qayıt