Əsas Səhifə > Şou-biznes > Gülay Zeynallının ən böyük arzusu

Gülay Zeynallının ən böyük arzusu


18-07-2024, 16:20
Gülay Zeynallının ən böyük arzusu
Müğənni Gülay Zeynallı ən böyük arzusundan danışıb.

Dia-az.İnfo xəbər verir ki, sənətçi bu barədə “PrimeTime Elvin Elxanla” yutub layihəsində bəhs edib. O bildirib ki, onun ən böyük arzusu fəxri ad almasıdır.

“Bir sənətçi üçün ən gözəl hədiyyə fəxri addır. Onun gördüyü işlərin qarşılığıdır. Biri var aparıcı səni təqdim edir “oxuyur hamının sevimli müğənnisi, tanınmış xanım xatın”. Biri də qısa və konkret çıxış edir Azərbaycan Respublikasının Əməkdar artist Gülay. Bundan gözəl nə hədiyyə ola bilərki? İnşallah”, - deyə, Zeynallı bildirib.


Geri qayıt