Əsas Səhifə > Şou-biznes > "Hamilə ola-ola keçmiş həyat yoldaşım məni xəbərsiz boşadı"

"Hamilə ola-ola keçmiş həyat yoldaşım məni xəbərsiz boşadı"


9-07-2024, 10:05
"Hamilə ola-ola keçmiş həyat yoldaşım məni xəbərsiz boşadı"
"Boşanmağa qərar verilibsə, demək ki, arxasında ciddi səbəblər var. Qadınlarda ayrılıq qərarı "küsdüm, getdim" kimi olmur. Ayrılıq qərarını qarşı tərəf vermişdi. İndi düşünəndə deyirəm ki, nə yaxşı ki, bunu etmişəm. Mən çox çalışdım ki, ailəmi qoruyum. Amma demək ki, ciddi səbəblərim var idi. Mən bu ayrılığa görə ona çox minnətdaram. Sağ olsun ki, çox doğru qərar verdi”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Həftənin qonağı" verilişində deyib. O, hamilə olarkən keçmiş həyat yoldaşı İlham Qafarovun onu xəbərsiz boşadığını etiraf edib:

"O dövrdə ailəmin dağılması mənim üçün zərbə idi. Böyük zərbə idi, çünki bətnimdə övladım vardı. Bu həyatda iki ömür sürmüş insanam. Hamilə ola-ola o mənə demədi ki, ayrılaq. Elə birbaşa xəbərsiz məhkəmədən boşanma ilə bağlı sənəd gəldi. O zaman qərar vermişdim ki, övladımı dünyaya gətirəcəyəm. Çünki bu övlad Allahın verdiyi paydır.

Mən o zaman məhkəməni saxlatdırdım. Dildə mənə söyləmişdi ki, ayrılaq. İnsanıq da, fikirləşirik ki, dildə deyib də... Bəlkə bunu əsəbiləşib deyib. Amma bu qərara görə ona çox minnətdaram. Hələ mən fikirləşdim ki, bu qərara görə gecikmişəm. Kaş ki, daha əvvəl ayıq olub bu qərarı daha tez verərdim. İndi gülə-gülə danışım, amma nələrdən keçmədik ki...

Hərdən fikirləşirəm ki, bu mərhələlərdən necə keçdim? Mənə kömək olan əlbəttə ki, sənətim oldu. Ən son ana kimi də işlədim və maddi cəhətdən heç kimdən asılı olmadım. Sənət qoymadı kiminsə qapısında boynu bükük durmağa. Amma mənəvi cəhətdən çox çətin idi. Dünyaya övlad gətirirsən və bilirsən ki, onun atası ilə bir daha bir yerdə olmayacaqsan.

Çox çətindir... Nə yaxşı ki, iki qızım var. Onları mənə verənə qurban olum. Dünyaya gələcək körpəni necə bətnimdə parça-parça edib, götüzdürüm? Buna heç dilim gəlmir deməyə...”.

L.Məmmədova boşanmasının səbəbinin keçmiş həyat yoldaşının ikinci övlad istəməməsi ilə bağlı olduğunu vurğulayıb:

"Atası heç o uşağı istəmirdi. Əslində əsas səbəblərdən də biri bu idi. O ikinci övladı istəmirdi. Birinci övlad da onun istəyib-istəməyini hiss eləmədim. Amma ikinci övladda konkret şərt qoydu. Heç bir şeyə görə peşman deyiləm. O, mənim həyatımdır və mən bunu yaşamalı idim. Hərə həyatda bir cür sınaqlardan keçir. Mən də burada sınaqdan keçdim. Yəqin ikinci övlad onun həyat fəlsəfəsinə görə uyğun deyilmiş".

Sənətçi qızlarının ataları ilə öz istəkləri ilə görüşmədiyini söyləyib:

"Qızlarım ataları ilə görüşmürlər. Mən tərəfdən heç bir problem yoxdur. Sadəcə ataları və qızlarım özləri istəmirlər görüşmək. Onun çıxıb deməsi ki, "Lalə imkan vermir ki, qızlarımla görüşüm" hamısı cəfəngiyat idi".

Qeyd edək ki, L.Məmmədovanın Nərgiz və Çinarə adlı iki qız övladı var.

Geri qayıt