Əsas Səhifə > Şou-biznes > Röya Ayxan "Kral TV"nin mükafatını almaqda iddialıdır

Röya Ayxan "Kral TV"nin mükafatını almaqda iddialıdır


25-03-2014, 11:05
Röya Ayxan "Kral TV"nin mükafatını almaqda iddialıdır
Bu yaxınlarda Türkiyədə “Kral Türkiye Muzik Ödülleri” mükafatının təqdimetmə mərasimi keçiriləcək. “Kral TV”nin hər il təşkil etdiyi bu mərasimə Türkiyənin ünlüləri qatılır. Onlar il ərzində gördükləri yaradıcılıq işlərinə görə mükafatlarla təltif olunurlar.

Qonşu ölkədə önəmli mükafat hesab olunan “Kral Türkiye Muzik Ödülleri”nə bu il Azərbaycandan Röya Ayxanın da qatılması gözlənilir. Əgər Röyanın adını Türkiyənin tanınmışları ilə eyni sırada görmək istəyirsinizsə, ona səs verməyi unutmayın. Mükafat almaqda iddialı görünən Röya Ayxana uğurlar arzulayırıq!

Geri qayıt