Əsas Səhifə > Şou-biznes > "Atam da qısqanc olub, anam da..."

"Atam da qısqanc olub, anam da..."


24-06-2024, 11:16
"Atam da qısqanc olub, anam da..."
“Qısqanclıq məndə genetikdir”.

Yenicag.az xəbər verir ki, bu cözləri müğənni Xuraman Şuşalı “Günaydın Azərbaycan” verilişində deyib.

İfrat dərəcədə qısqancl olduğunu, bundan əziyyət çəkdiyini deyən sənətçi çıxış yolunu psoxoloq yanına getməkdə görüb:

“Atam da qısqanc olub, anam da. Amma deyim ki, həyat yoldaşım zərrə qədər bir əsas da verməyib mənə ki, onu qısqanım. Amma məndən asılı deyil, qısqancam. Sonra bunu özümü dəyişməyə məcbur etdim. Sanki xoşbəxtlik içində bir bədbəxtlik axtarıram, iraq olsun. Bilmirəm yaşadıqlsrımızdan, ya aldığımız travmalardandı, ya nəsə axırda psixoloq yanına getdim. Bu aralar mütəmadi gedirəm. Birinci özümü sevməyə başladım. Çünki insan birinci özünü sevməlidir. Birinci özünüzü sevəcəksiz sonra qarşı tərəfi, əlbəttə ki, o da sizi sevirsə…”

Geri qayıt