Əsas Səhifə > Şou-biznes > Röyanın mahnısı ilin ən yaxşısı seçilə bilər

Röyanın mahnısı ilin ən yaxşısı seçilə bilər


22-03-2014, 10:34
Röyanın mahnısı ilin ən yaxşısı seçilə bilər
Müğənni Röya Ayxan Türkiyənin “Kral” telekanalının təşkil etdiyi “Türkiyə Musiqi Ödülləri”nin nominantları sırasına daxil olub.

Axşam.az-ın məlumatına görə, sənətçi müsabiqədə “Gəmiçilər” mahnısı ilə “Ən yaxşı mahnı” və “Ən yaxşı sinql” nominasiyalarında yarışır. Röyaya aşağıdakı link vasitəsilə qeydiyyatdan keçib səs vermək mümkündür:

http://turkiyemuzikodulleri.com/vote_entry.asp

Qeyd edək ki, müğənni ötən il sözügedən müsabiqədə iştirak etsə də, sonda heç bir mükafata sahib ola bilməmiş və mərasimin qala gecəsinə qatılmaqdan imtina etmişdi. Bu il 20 yaşını qeyd edən “Türkiyə Musiqi Ödülləri”nin nəticəsi isə apreldə bəlli olacaq.

Geri qayıt