Əsas Səhifə > Şou-biznes > "Əqrəb mövsümü 2"nin yeni tizeri

"Əqrəb mövsümü 2"nin yeni tizeri


18-06-2024, 09:02
"Əqrəb mövsümü 2"nin yeni tizeri
İlk mövsümü ilə marağa səbəb olan məşhur "Əqrəb mövsümü" serialının ikinci hissəsinin daha bir tizeri təqdim olunub.

Axşam.az xəbər verir ki, rejissor Emil Quliyev lentə aldığı "Əqrəb mövsümü: İki dünya bir olsa da” adlı ekran işinin görüntüləri İTV-nin instaqram səhifəsində yayımlanıb.

Ssenarisi real hadisələr əsasında yazılan serialda Azər Aydəmir, Arif Mövsümov, Rövşən Məmmədli, Emin Mirabdullayev, Həcər Ağayeva, Şəlalə Şahvələdqızı və Elşən Rüstəmov rol alıblar.

12 bölümlük serialının tezliklə efirə verilməsi planlaşdırılır.

Qeyd edək ki, "Əqrəb mövsümü"ndə baş rollardan birini canlandıran Hikmət Rəhimov bu dəfə layihədə yer almayıb.


VİDEO - https://ok.ru/video/8538791283307
Geri qayıt