Əsas Səhifə > Şou-biznes > Xalq artistindən televiziyalara İRAD:

Xalq artistindən televiziyalara İRAD:


17-06-2024, 09:34
Xalq artistindən televiziyalara İRAD:
“Tez-tez məni teatr tamaşalarına dəvət edirlər. Bilirsiniz ki, evdən çölə çıxmıram, heç bir yerə də getmirəm. Bu sahədən tamamilə uzaqlaşmışam. Amma bəzən Mədəniyyət kanalında göstərilən tamaşaları izləyirəm. Elə bil ki, bir balaca irəliləyiş var. Mənə elə gəlir ki, heç İncəsənət universiteti lazım deyil, bizdə hamı elə aktyordur (gülür)”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Elmira Şabanova deyib. O daha sonra kinonun acınacaqlı vəziyyətdə olduğunu deyib.
“Kinonun bu gün istədiyim vəziyyətdə olmaması məni çox narahat edir. Sonuncu dəfə “İçərişəhər” filmində çəkildim. Orada rolda ölürəm. Elə kino da mənimlə orada öldü. Mən bu qazanda bişmişəm. Rüstəm İbrahimbəyov kinoittifaqın sədri idi. Tez-tez bizi festivallara göndərirdi. Azərbaycana elə bir əcnəbi aktyor yox idi ki, gəlməsin. İndi bu prosseslər baş vermir. Kino hazırda yoxdur. “Azərbaycanfilm” kinostudiyasını da işlədən yox idi, bağladılar. Əcəb də etdilər. Bir-iki cavan rejissor var, onlara da film çəkməyə imkan vermirlər. İstedadlı adamların da pulu yoxdur. Komediya aktyorları gündə bir kino çəkib, kinoteatrda göstərirlər. Filmlər zəifdir. Çünki onların istedadı yoxdur. Kino çəkən rejissor hərtərəfli olmalıdır. Kinoya aid hər şeyi bilməlidir. Tək öz işini yox, həm işığı, həm kameranı, həm də yeri gələndə qrimi bilməlidir. Çəkilən kinoların da mövzusu vurub dağıtmaq, öldürməkdir. Bunu da türklərdən götürmüşük. Mən istərdim ki, elə bir mövzuda filmlər çəksinlər ki, indiyə qədər çəkilənlərdən fərqlənsin. İndi məhəbbət, sevgi mövzuları filmlərdə çatışmır. Məhəbbət tək kişinin qadına olan sevgisi deyil, onun həyata, övladlarına, vətəninə olan duyğularıdır. Belə bir film lazımdır. Hər şey vurub yıxmaqla olmur ki” deyə xalq artisti deyib.
Sevilən aktrisa televiziyalara iradını da bildirib.
“Efirlərdə eyni filmləri nümayiş etdirirlər. Olmaz axı! Gənclər bütün filmlərimizi tanımalıdırlar. 125 ildir ki, film çəkirik. Bizim filmlər yalnız o göstərilənlərdən ibarət deyil axı! Bir dəfə televiziyalara da zəng edib demişəm ki, bu nədir?! Halbuki o filmlər çox zəifdir! Heç o illərdə qəbul olunmurdu. İndi dəbə düşüb! Tənbəllik edirlər üzə çıxartmağa!” deyə sənətkar bildirib.

Geri qayıt