Əsas Səhifə > Şou-biznes > Fransada azərbaycanlı sənətçilərin poeziya axşamı keçirilib

Fransada azərbaycanlı sənətçilərin poeziya axşamı keçirilib

15-06-2024, 09:30
Fransada azərbaycanlı sənətçilərin poeziya axşamı keçirilib
Fransanın paytaxtı Parisdə azərbaycanlı şairə Ülviyyə Axundova
və azərbaycanlı pianoçu Nazxanım Dadaşovanın iştirakı ilə poeziya
axşamı keçirilib.
Fransa Azərbaycan Dialoqu Assosiasiyası və Toğrul Nərimanbəyov
Assosiasiyasının təşkilatçılığı ilə Rus Ortodoks Mədəniyyət Mərkəzində
baş tutan peziya axşamında fransalı iş adamları, mədəniyyət xadimləri,
musiqiçilər və digər şəxslər iştirak ediblər.
Pianoçu Nazxanım Dadaşova şairə Ülviyyə Axundovanı müşayiət
edib.
Proqrama azərbaycanlı bəstəkarlarla yanaşı dünya və rus musiqi
bəstəçilərinin də əsərləri daxil edilib. Azərbaycan bəstəkarlarından
Qara Qarayev, rus bəstəkarlarından Sergey Raxmaninov, fransız
C.Debussinin əsərləri səsləndirilib.
Sorbona Universitetinin Beynəlxalq Münasibətlər üzrə magistr
dərəcəsi, Rüstəm İbrahimbəyov adına Beynəlxalq Kino Məktəbinin
rejissorluq ixtisası üzrə məzunu, şair, yazıçı, tərcüməçi Ülviyyə
Axundova 2012-2024-cü illərdə Bakıdakı YARAT Müasir İncəsənət
Mərkəzində ictimai proqramlar şöbəsinə, həmçinin kino, teatr, musiqi
və ədəbiyyat sahəsində layihələrə rəhbərlik edib.
2016-cı ildə onun"Nəfəs al" və 2022-ci ildə "Çılpaq həqiqət" şeir və
hekayələr toplusu nəşr olunub və Moskva, Praqa və Budapeştdə
təqdim olunub.
Ü.Axundova həm də Baninin iki avtobioqrafik romanı olan "Qafqaz
günləri" və "Paris günləri"nin fransız dilindən rus dilinə tərcüməsinin
müəllifidir.
Nazxanım Dadaşova Mərkəzi Musiqi Məktəbinin və Moskva
Konservatoriyasının məzunu, bir çox beynəlxalq müsabiqə, festivalların
laureatıdır. O 2009-cu ildə “Viva Musica” müsabiqəsinin, 2012 və 2014-
cü illərdə Parisdə Rubinşteyn Müsabiqəsinin qalibi olub. Adı
Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına daxil edilib.

Dia-az.İnfo

Geri qayıt