Əsas Səhifə > Şou-biznes > Dilarə Kazımova "Ömrün Xanım fəsli" adlı gecədə iştirak edəcək

Dilarə Kazımova "Ömrün Xanım fəsli" adlı gecədə iştirak edəcək


27-05-2024, 10:14
Dilarə Kazımova "Ömrün Xanım fəsli" adlı gecədə iştirak edəcək
Avroviziya təmsilçimiz Dilarə Kazımova Heydər Əliyev Sarayında bəstəkar Xanım İsmayılqızının yaradıcılıq gecəsində iştirak edəcək.

Dia-az.İnfo xəbər verir ki, estrada ulduzu iyunun 4-də keçiriləcək "Ömrün Xanım fəsli" adlı gecədə ilk dəfə X. İsmayılqızının bəstəsini ifa edəcək.

Qeyd edək ki, tədbirin rejissorluğunu Nail Naiboğlu edəcək. Konsertdə Xalq artistləri Faiq Ağayev, Röya Ayxan, Nazpəri Dostəliyeva, Əməkdar artistlər Fərqanə Qasımova, Mətanət İsgəndərli, Abbas Bağırov, müğənnilər Elnur Hüseynov və başqaları yer alacaqlar. Konsertin özəlliklərindən biri mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarında olan X.İsmayılqızı bəstələrini digər sənətçilər oxuyacaq.

Dilarə Kazımova "Ömrün Xanım fəsli" adlı gecədə iştirak edəcək

Geri qayıt