Əsas Səhifə > Şou-biznes > Dilarə Kazımova sükutu cazibədarlığı ilə pozdu

Dilarə Kazımova sükutu cazibədarlığı ilə pozdu


20-05-2024, 10:04
Dilarə Kazımova sükutu cazibədarlığı ilə pozdu
Avroviziya təmsilçimiz Dilarə Kazımova yeni klipinin anonsunu verib.

dia-az.media xəbər verir ki, "Aramızda cazibə" adlı layihəsindən bir parçanı sosial media hesabında paylaşan pop ulduz tezliklə mahnının tam versiyasını təqdim edəcəyini bildirib.

Qeyd edək ki, mistik mahnının musiqi və sözləri Sheyh Ree-ə (Şəhriyar Ramazanzadə) məxsusdur. Fərqli görüntüdə olan Kazımovanın videosunu isə Ülvi Daşdəmirli çəkib. Layihənin prodüseri Məryam Feyziyevadır.

Dilarə Kazımova sükutu cazibədarlığı ilə pozdu

Geri qayıt