Əsas Səhifə > Şou-biznes > Hüseyn Dərya ilə jurnalistin gizli videosu yayıldı

Hüseyn Dərya ilə jurnalistin gizli videosu yayıldı


14-03-2014, 10:42
Hüseyn Dərya ilə jurnalistin gizli videosu yayıldı
Ötən gün jurnalist Ülviyyə Alovlu reper Hüseyn Dəryanın "Düz üzünə" verilişinə sərxoş halda çıxdığını iddia etmişdi.

Axşam.az xəbər verir ki, proqramın aparıcısı İradə İsaq məlumatı təkzib edərək verilişin montajsız görüntülərini “Youtube” kanalında yerləşdirib. İ. İsaq bildirib ki, Ülviyyə etik qaydalara riayət etmədiyinə görə verilişdən uzaqlaşdırılıb və sözügedən video-çarxda həmin məqamlar yer alır.

Qeyd edək ki, verilişdə ekspret kimi iştirak edən Ülviyyə Alovlu "Facebook" səhifəsində Hüseyn Dərya haqqında aşağıdakı sözləri yazmışdı:

"Dünən Hüseyn Dərya haqda baxdığınız, mənim də ekspert kimi iştirak etdiyim verilişə Hüseyn sərxoş halda gəlmişdi. O qədər içmişdi ki, alkoqolun iyindən ona yaxın durmaq olmurdu. Hesab edirəm ki, sərxoş insanları efirə buraxmaq olmaz".



Geri qayıt