Əsas Səhifə > Şou-biznes > Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu


20-04-2024, 08:54
Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu
"Camdaki Kız" serialında canlandırdığı obrazı ilə şöhrət qazan müğənni Alya Şahinler “O nerden bilsin?” mahnısı ilə sevənləri qarşısına çıxıb.

dia-az.media xəbər verir ki, sözügedən bəstənin sözləri və musiqisi Leyli Erola, Sinan Akçıl və Hakan Erola məxsusdur.

Ayla hətta klip çəkilişi üçün kamera qarşısına da keçib.
“O nerden bilsin?” bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.

Qeyd edək ki, məşhur cütlük Leyli və Hakan Erollar Aygün Kazımova "Nə vaxtsa", "Səssiz sinema", “Səndən adam olmayacaq”, "Səni belə sevmədilər", "Təsadüf", Zülfiyyə Xanbabayeva “İlk baxışdan”, Röya Ayxan "Doldur ürəyimi", “Səni insan sandım”, Abbas Bağırov “Sənsiz olmaz”, Səidə Sultan “Məni dəli et”, Əkbər “Yanımdan ayrılma”, Ceyla “Unuduram” kimi bir çox mahnıların müəllifləri kimi tanınırlar.


Geri qayıt