Əsas Səhifə > Şou-biznes > “Qismət olsa, xanımımı özüm dəfn edəcəyəm”

“Qismət olsa, xanımımı özüm dəfn edəcəyəm”


9-04-2024, 08:34
 “Qismət olsa, xanımımı özüm dəfn edəcəyəm”
Əməkdar artist Cavanşir Məmmədov növbəti açıqlaması ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, Zaur Kamal aparıcısı olduğu “Həmin Zaur” verilişinə qonaq gələn sənətkar onun suallarını cavablandırıb.

Zaurun “Siz demişdiniz ki, həyat yoldaşım əvvəl dünyasını dəyişsin, sonra mən?” sualına “Deyəsən, müğənni Yusif Mustafayev də belə söyləmişdi. Mən də elə demiş olaram. Amma məsafə çox olmasın” cavabını verib.

Məmmədov Kamalın “Bəs niyə demirsiniz ki, birinci özüm, sonra da həyat yoldaşım vəfat etsin?” sualına isə “Yox, qismət olarsa, xanımı özüm dəfn etməliyəm. Həm də ki, Allahın işinə qarışmaq olmaz. Kimə nə yazıbsa, odur” deyə fikirlərini bildirib.


Geri qayıt