Əsas Səhifə > Şou-biznes > “Yaxşı tamaşa üçün birinci şərt budur ki...”

“Yaxşı tamaşa üçün birinci şərt budur ki...”


16-03-2024, 09:21
“Yaxşı tamaşa üçün birinci şərt budur ki...”
“Yaxşı, baxımlı tamaşa üçün ən birinci şərt yaxşı əsər, yaxşı ssenaridir. Əgər əsər özü maraqlı deyilsə, maraqlı tamaşa ortaya qoymaq mümkün deyil”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. Xalq atisti qeyd edib ki, bu baxımdan ədəbiyyatın üzərinə böyük məsuliyyət düşür:

“Teatr özü-özlüyündə təkbaşına heç nə edə bilməz. Çünki onun fəaliyyəti ədəbiyyatın təqdim etdiyi əsər üzərində qurulur. Yəni bu məsələdə ədəbiyyatın üzərinə böyük məsuliyyət düşür.

Ədəbiyyatın təqdim etdiyi əsər nə qədər güclü, nə qədər maraqlıdırsa, bu, yaxşı teatr tamaşası üçün bir o qədər zəmin yaradır. Təbii ki, bundan sonra məsuliyyət teatrın, aktyorların, onların peşəkarlığının üzərinə düşür. Əgər aktyorlar da bu əsəri yüksək peşəkarlıqla səhnələşdirə bilirsə, o zaman ortaya gözəl bir tamaşa çıxır”.

Geri qayıt