Əsas Səhifə > Şou-biznes > Yunan teatrı belə icad etdi...

Yunan teatrı belə icad etdi...


11-03-2024, 08:43
Yunan teatrı belə icad etdi...
Teatr nədir?
Görülən və göstərilən yer mənasına gəlir.
O yer haradır?
O yeri axtaran olaraq həyatda olmayan bir yer düşündülər.
Yunan teatrı belə icad etdi.
"Polis" dediyi, bizim şəhər olaraq tanıdığımız yerin içində "teatr" da fərqi olanın göstərildiyi yer kimi özünə bir ömür başladı.
Bu yerin, teatrın ortaya çıxmasındakı dərd nə idi?
"Polis"in idarə olunmasında mərkəzə gələn "teatr" idarə olunanlarla idarə edənlərin yerini müəyyən etmək üçün mövzuları təyin edib, "göstərən yer" oldu.
"Göstərilən yer"in dərdi nə idi?
Miflə loqosu biri birinə bağlayıb, fərqli həyatı yaşatmaq cəhdi idi.
Bizim siyasət olaraq tərcümə etdiyimiz "politika" səhnə üçün xammal istehsal edən teatrla həyat arasında bir məsafə icadı ilə həyata məna göstərən yerə döndü.
Göstərənlə göstərilən arasında olan Məsafədəki vasitəçilər politiklər- siyasətçilər oldular.
Politiklər kahinləri bitirdilər,
Yerlər dəyişdi.
İnsanlığ tarixi teatrı yenidən protestant xiristianlarla yenidən həyatın içində görməyə başladılar.
Bizim teatr isə 19 yüzilin sonlarında yarandı.
Teatrın həyatımıza girişi ilə dünyamız dəyişməyə başladı.
Səhnəni dəyişə bilməyəcəyik, rolları isə dəyişə bilərik, müharibəsi bizi yeni bir ontologinin əsasları ilə inşa etməyə döndü.
Və bu gün bu teatrın son xarakterləri olaraq həyatın içində rollar ifa edirik.
Arada isə qalan Teatrdır. Bu teatrın səhnəsinin mənzərəsi yoxdur artıq,
Danışdığı Dillə düşündüyü Mif arasında yer o yer deyildir.
Yerini itirən aradadır,
Arada qalan isə hava kimidir, əsər, coşar, azalar, artar, amma yerini tapmadığca bilinməsini bildirə bilməz.
Bilinməsi bilinənlər yerə möhtacdırlar,
O yer isə yerini almadığca boşluğdadır.
Teatr təndiqi oxudum, teatr haqqında yazmağa heç həvəsim olmadı. Teatr yazanların isə "hava" həvəsini anlamadım.
İndi "teatr" nədir sualıma cavablarım öz yerini aldığca, o yeri tanımağıma şükür edirəm.
Teatr və teori eyni kökdən gəlir, teatrın deyil, teorinin dərdim olduğunu anladığca daşları yerinə qoymağa çalışdım və çalışıram.
Yazı paylaşmaq "teatr"ına son verib, bu yazı ilə qeydlərimin səhnəsini bağlayıram.
Və fərqli bir mənzərəyə açılan "göstərilən yer"i deyil, "gördüyüm yer"i birləşdirməyə çalışacaqam.
Bu qədər.

İdris Heydərli - dia-az.media


Geri qayıt