Əsas Səhifə > Şou-biznes > Xəstəyik, dəliyik, nəyik biz...

Xəstəyik, dəliyik, nəyik biz...


6-03-2024, 08:16
Xəstəyik, dəliyik, nəyik biz...
Rasim Balayev kinoçıxaranların sədri seçilib. Səbəb, hətta yeganə səbəb: Azərbaycan kinosunda əməyi olub.
Ölkədəki bütün mədəni, elmi durğunluğun ana səbəbidir bu "əməyi olub" düşüncəsi.
Elmdə əməyi olan qarşılıq olaraq elmin gələcəyini, taleyini istəyir.
Ədəbiyyatda əməyi olan qarşılıq olaraq ədəbiyyatın gələcəyini, taleyini istəyir.
Kionada əməyi olan qarşılıq olaraq kinonun gələcəyini, taleyini istəyir.
Otuz ildir bütövlükdə mədəniyyətin, elmin əlini-qolunu bağlayıb atmışıq sovet dövründə "əməyi olanların" qabağına ki, halal xoşunuz, əməyinizin qarşılığıdır, kim hardan bacardı.
Xəstəyik, dəliyik, nəyik biz...

Aqşin YENİSEY - dia-az.media

Geri qayıt