Əsas Səhifə > Şou-biznes > Müğənni Eyyub Yaqubov özünü hansı millətdən sayır ki?..

Müğənni Eyyub Yaqubov özünü hansı millətdən sayır ki?..


12-02-2024, 12:28
Müğənni Eyyub Yaqubov özünü hansı millətdən sayır ki?..
Xalq artisti Eyyub Yaqubov 23 fevralda “Kişilər günü” adlı konsert verəcək.

Kult.az xəbər verir ki, konsertin elanı sosial şəbəkələrdə yayılıb.

“Xanımlara bəysiz giriş qadağandır”, - təqdimat çarxında qeyd olunub.

Xalq artistinin 23 fevralı “Kişilər günü” adlandırması sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Qeyd edək ki, 23 fevral keçmiş SSRİ-də Sovet ordusu və Hərbi Dəniz Donanması Günü kimi qeyd olunurdu. 1992-ci ildə Rusiyada bu bayramın adı “Vətən Müdafiəsi Günü”nə dəyişdirilib.

Yəni hazırda 23 fevral Rusiyanın Müdafiəsi Günüdür.

Azərbaycanda “Kişilər günü” kimi qəbul edilən Ordu Günü 26 iyundadır.

Müğənni Eyyub Yaqubov özünü hansı millətdən sayır ki?..

Geri qayıt