Əsas Səhifə > Şou-biznes > ""ANS"çilər mənə acıqlıdırlar"

""ANS"çilər mənə acıqlıdırlar"


3-03-2014, 10:07
""ANS"çilər mənə acıqlıdırlar"
Meyxana aləminin sultanı sayılan Samirə Yusifqızı və Lalə Dadaşova qalmaqalından artıq xəbərdarsınız. Söz-söhbətdən sonra meyxanaçı xanım "ATV" telekanalında yayımlanan "Ümid var" verilişinə də dəvət alıb. L.Dadaşova ilə bağlı qalmaqalına açıqlama gətirən Samirə xanım üzünü aparıcı Zaur Baxşəliyevaya tutaraq, “Zaur, sən səviyyəli veriliş aparırsan...”, - deyib. Elə həmin gündən etibarən S.Yusifqızı "ANS"çilərin onunla soyuq davranışını hiss etməyə başlayıb.

“Neçə gündür ki, Lalə Dadaşova ilə bağlı qalmaqaldan artıq xəbəriniz var. Yəni təhqir olunan mən, əziyyət çəkən də mən. “ANS” TV isə məndən küsüb. Nəyə görə? Mən efirdə, daha doğrusu, “ATV”-də demişəm ki, Zaur, səviyyəli veriliş aparırsan və haqq-ədalətlə danışırsan”. Bütün kanallar Azərbaycana məxsusdur. Mən hər şeyə görə “ANS”-ə borcluyam. Sadəcə aradagəzənlər xəbəri düz çatdırmayıblar, ona görə də "ANS"çilər mənə açıqlıdırlar. Buna baxmayaraq, mən yenə də “ANS”-i çox sevirəm”, - deyə Mediainfo.az-a açıqlama verən meyxanaçı xanım “ANS”çilərin ondan inciməsinin səbəbini anlamır.

Qarşı tərəfin də fikrini öyrənməyə hazırıq.

Geri qayıt