Əsas Səhifə > Şou-biznes > Rəşad İlyasov oğlunun fotosunu paylaşdı

Rəşad İlyasov oğlunun fotosunu paylaşdı


21-01-2024, 09:12
Rəşad İlyasov oğlunun fotosunu paylaşdı
Əməkdar artist Rəşad İlyasov oğlu Mirzə ilə bağlı diqqət çəkən paylaşım edib.

Bizim.Media xəbər verir ki, övladı ilə birgə istirahətdə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən sənətçi onun doğum günü olduğunu yazaraq, təbrik edib.

Rəşad "Təbrik edirəm, əzizim Mirzə - 21.01.2024" qısa şərhini yazıb.

Sözgedən postda İlyasovun izləyiciləri Mirzənin atasına bənzədiyini yazaraq onu ad günü münasibəti ilə təbrik ediblər.

Qeyd edək ki, həkim-pediatr Gülnarə adlı xanımla ailəli olan Rəşad İlyasovun Leyla adında bir qızı da var.
Geri qayıt