Əsas Səhifə > Şou-biznes > “Biz tariximizi, qəhrəmanlarımızı əbədiləşdirməyi bacarmalıyıq”

“Biz tariximizi, qəhrəmanlarımızı əbədiləşdirməyi bacarmalıyıq”


19-01-2024, 10:25
 “Biz tariximizi, qəhrəmanlarımızı əbədiləşdirməyi bacarmalıyıq”
“Kino sadəcə mədəniyyət və incəsənət deyil, həm də tarixdir”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. Xalq artisti qeyd edib ki, dünyanın bir çox ölkəsində kino tarixi yaddaşın əsas təbliğatçısı qismində çıxış edir:

“Bu gün biz dünyanın qabaqcıl, inkişaf etmiş dövlətlərinə baxsaq, görərik ki, onların hamısında kinoya, tarixin bu yolla təbliğinə mühüm önəm verilir. Xalqın tarixi, apardığı mübarizə bir sıra vasitələrlə yanaşı, həm də kino vasitəsilə təbliğ edilir ki, bunun da öz səbəbləri var. Təcrübə göstərir ki, kino mühüm kütləviliyə malik olmaqla yanaşı, həm də daha yaddaqalan və təsirlidir. Kino vasitəsilə təbliğ edilən istənilən hadisə insan şüuruna, insna qəlbinə daha dərindən sirayət edir.

Hesab edirəm ki, biz də öz tariximizin bədii-sənədli filmlər vasitəsilə təbliğinə xüsusi diqqət yetirməliyik. Tarixizimi, qəhrəmanlarımızı kino vasitəsilə əbədiləşdirməyi bacarmalıyıq. Ümid edirəm ki, yaxın gələcəkdə ölkəmizdə bu istqiamtədə daha ciddi addımların atıldığına şahid olacağıq”.

Geri qayıt