Əsas Səhifə > Şou-biznes > “Women in Hollywood”da Dilarədən ilhamlandı...

“Women in Hollywood”da Dilarədən ilhamlandı...


7-12-2023, 10:31
“Women in Hollywood”da Dilarədən ilhamlandı...
Müğənni Dilarə Kazımova dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin onu təkrarladığını iddia edib.
O, instaqramda “Elle” jurnalının “Women in Hollywood” tədbirinin fəxri qonağı olan 53 yaşlı sənətçinin fotosunu paylaşıb, ondan ilhamlandıqlarını vurğulayıb.
“ Öyrənirlər, bu, heç də pis deyil, gör-götür dünyasıdır”- deyə D. Kazımova bildirib.
Son aylarda Dilarə Kazımova tərzi və üslubu təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da bəyənilir və dinlənilir. Artıq o, əcnəbi məşhurlar tərəfindən bir obraz olaraq təkrarlanır.
Fərqli tərz, fərqli ifa, fəqli görünüş- Dilarəyə olan sevginin sirri bəlkə də bu 3 məqamı tamamlamasıdır. Əhsən!

“Women in Hollywood”da Dilarədən ilhamlandı...

Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Geri qayıt