Əsas Səhifə > Şou-biznes > Kamilə Babayeva verilişdən gedib?

Kamilə Babayeva verilişdən gedib?


6-12-2023, 12:37
Kamilə Babayeva verilişdən gedib?
Xəbər verdiyimiz kimi, aparıcı Nurlana Cəfərova uzun fasilədən sonra İctimai TV-də yayımlanan "Dikdaban" verilişi ilə efirə çıxıb. Bu isə proqramın digər aparıcılarından olan Kamilə babayevanın layihədən ayrılması ilə bağlı iddiaların yayılmasına səbəb olub.

Məsələ ilə bağlı K.Babayeva Axşam.az-ın suallarını cavablandırıb. O bildirib ki, İTV-dəki fəaliyyəti davam edir:
"Hazırda Bakıda deyiləm. Amma 3 həftə efirə çıxıram, 1 həftə isə dincəlirəm. kanaldakı fəaliyyətim davam edir".

Qeyd edək ki, K.Babayeva uzun fasilədən sonra bu mövsüm "Dikdaban" verilişi ilə efirə qayıdıb.

Geri qayıt