Əsas Səhifə > Şou-biznes > “Bu məsələyə nöqtə qoymaq istəyirəm, atamın məzarını köçürtmürük”

“Bu məsələyə nöqtə qoymaq istəyirəm, atamın məzarını köçürtmürük”


5-12-2023, 08:10
“Bu məsələyə nöqtə qoymaq istəyirəm, atamın məzarını köçürtmürük”
“Atamın məzarını Laçına köçürməyəcəyik. Məhəbbət Kazımov təkcə Laçının yox, bütün Azərbaycanın sənətkarıdır. Mən də, ailəmiz də, bütün hər kəs belə düşünür. Onun məzarı Bakıda qalsa yaxşı olar. Çünki Bakı paytaxt şəhəridir. Bakıda məzarı ziyarət edənlərin sayı çoxdur. Məzar Laçında olsa yalnız ordakılar ziyarət edə biləcək. Gediş-gəliş azalacaq. Atam Azərbaycanın ən dəyərli müğənnilərindən biri olub. Bu mövzu ilə bağlı yalan xəbərlər uyduranlar da az deyil. Onlar düşünürlər ki, antireklamın özü də reklamdır. Onlar üçün xəbərin yalan yaxud doğru olmağının önəmi yoxdur. O saytları, sosial şəbəkələri oxuyan yoxdur deyə özlərini gündəmə gətirirlər. Reytinq yığmaq istəyirlər. Sizin saytınız vasitəsilə bu məsələyə nöqtə qoymaq istəyirəm”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. O daha sonra atasının mahnılarını oxuyanlardan danışıb.

“Atamın mahnılarını oxumaq istəyənlərin əksəriyyəti zəng edib məndən icazə alır. Hamıda da nömrəm var. Onların özlərinə də deyirəm ki, çalışın mahnıları fərqli aranjiman etməyin, necə yazılıbsa elə də oxuyun. Bəzən də görürsən icazə almadan oxuyurlar. Bunların əksəriyyəti də el şənliklərində, toy məclislərində baş verir. Bunu başa düşmək olar. Çünki müğənni öncədən bilmir ki, ondan toyda hansı mahnını istəyəcəklər” deyə sənətkarın oğlu deyib.

Rəşid Kazımov deyir ki, bu il atasının ölümündən artıq 10 il keçir.

“Atamın ölümündən sonra hansısa sənət yoldaşından vəfasızlıq hiss etməmişik. Artıq bu il yanvarın 27-də 10 il olacaq ki, atam həyatda yoxdur. Musiqiçilər də, atamın dostları da bizimlə əlaqə saxlayırlar. Onların hamısı ilə əlaqəm var. Belə bir vəfasızlıq hiss etməmişik” deyə sənətkarın oğlu deyib.

Geri qayıt