Əsas Səhifə > Şou-biznes > “Hansı xalqın Mübariz kimi qəhrəmanı olsaydı, ondan onlarla film çəkmişdi”

“Hansı xalqın Mübariz kimi qəhrəmanı olsaydı, ondan onlarla film çəkmişdi”


5-12-2023, 05:54
“Hansı xalqın Mübariz kimi qəhrəmanı olsaydı, ondan onlarla film çəkmişdi”
“Hansı xalqın Mübariz kimi qəhrəmanı olsaydı, ondan onlarla film çəkmişdi”.

Bunu Moderator.az-a açıqlamasıdna Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, ölümü öldürən qəhrəmanlarla bağlı filmlərin çəkilməsi həm onların gənc nəslə tanıdılması, həm də milli tariximizin, hərb tariximizin yaşadılması baxımından vacibdir:

“Mübariz İbrahimov və onun kimi qeyrətli oğullarımızın göstərdiyi qəhrəmanlıqlar, düşmənə verdiyi dərs hamımızın – bütün xalqın gözü qarşısında baş verib. Biz hamımız bu şərəfli, böyük tarixin şahidləriyik. Öz cəsarəti, qəhrəmanlığı ilə ölümü öldürənlər, tarix yazanlar bunu gözümüzün önündə reallaşdırıb. Ancaq televiziyalarımız bu cür qəhrəmanları yetərincə təbliğ etmir. Biz daha çox mənasız seriallara şahidlik edirik, nəinki qəhrəmanlarımızdan bəhs edən filmlərə.

Əgər biz gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə etmək, öz tariximizi yaşatmaq istəyiriksə, qəhrəmanlarımızı təbliğ etməli, onların həyatını, döyüş yolunu filmlərə, seriallara daşımalıyıq. Bu, həm tariximiz, həm də gələcəyimiz baxımından vacibdir”.




Geri qayıt