Əsas Səhifə > Şou-biznes > “Nə mədəniyyətə, nə də kinoya borcum yoxdur”

“Nə mədəniyyətə, nə də kinoya borcum yoxdur”


4-12-2023, 08:01
“Nə mədəniyyətə, nə də kinoya borcum yoxdur”
“Filmdə çəkilmişəm, tarixdə də qalıb. Kino haqqında da danışmışam, Həsən Seyidbəyli haqqında da. Ona böyük hörmətim olub, Allah ona rəhmət etsin. Həmin filmdə Həsən müəllimin qızı da çəkilib, oğlu da. Mənim nə mədəniyyətə, nə də kinoya borcum yoxdur. Mənə heç nə lazım deyil. Hər şeyim var. Mən öz sənətimin akademikiyəm. Kababçıyam. Pirşağıda doğulmuşam, orada da yaşayıram. Heç kimlə danışmaq da istəmirəm, görüşmək də”

Bunu Moderator.az-a özəl açıqlamasında “Bizim Cəbiş müəllim” filminin Makedonu Aqil Ağacanov deyib.

Qeyd edək ki, Moderator.az əməkdaşı bir müddət əvvəl kino günü münasibətilə Aqil Ağacanovu təbrik edərkən cavabı belə olub:

“Məni niyə kino günündə təbrik edirsiniz? Axı kinoya aidiyyatım yoxdur. Kinoya aidiyyatım olsaydı ən azından Mədəniyyət Nazirliyi mənimlə maraqlanardı, təbrik edərdi. İndiyə qədər heç kimdən bir diplom, diplom o yana qalsın, bir quru təbrik də görməmişəm” deyə bildirib.

Geri qayıt