Əsas Səhifə > Şou-biznes > “Fuad Poladov səhnədə olanda hamı özünü yığışdırırdı”

“Fuad Poladov səhnədə olanda hamı özünü yığışdırırdı”


26-11-2023, 07:09
“Fuad Poladov səhnədə olanda hamı özünü yığışdırırdı”
“Gizlin deyil ki, elə aktyor var ki, səhnədə tamaşa zamanı sözün yadından çıxar, dayanıb üzünə baxar. Heç kömək də etməz ki, təki sən pis vəziyyətdə qalasan. Belə hallar təbii ki, olur. Çünki teatr canlı sənətdir. Nurəddin Mehdixanlı, Füzuli Hüseynov bu barədə mənə çox köməklik ediblər. Onlarla tərəf müqabili olmuşam deyə rahatlıqla adlarını çəkirəm”

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib. O daha sonra mərhum həmkarı Fuad Poladovu xatırlayıb.

“Fuad Poladov işinə qarşı çox məsuliyyətli idi. Adətən məşq vaxtı zarafatlar edirdik, deyib-gülürdük. Amma Fuad səhnədə olanda hamı özünü yığışdırırdı. Nə zarafat edən olurdu, nə də ki, artıq söz deyən. Fuadın şəxsiyyəti o qədər böyük idi ki, mən onunla nə qədər yaxın idimsə, özümə dost bilirdimsə belə özümü səhnədə yığışdırırdım ki, Fuadla məşq edirəm. Çox nadir hallarda elə sənətkarlar olur. Səhnədə də eynən belə idi. Fors-major hallarda səni situatsiyadan çıxarardı” deyə aktrisa bildirib.

Aktrisa efirlərə nadir hallarda çıxmağının səbəblərindən də danışıb.

“Bəzən bir neçə verilişə gedirsən, eyni sualları sənə ünvanlayırlar. Eyni suallara da cavabım eyni olur da. 1 ayın içində fikrini dəyişmirsən ki?! Təkrarçılığı sevmirəm” deyə aktrisa bildirib.
Geri qayıt