Əsas Səhifə > Şou-biznes > “Rəşid Behbudov “Nəsimi” filmində çəkilməyimə icazə vermədi, qarşıma seçim qoydu”

“Rəşid Behbudov “Nəsimi” filmində çəkilməyimə icazə vermədi, qarşıma seçim qoydu”


25-11-2023, 08:44
“Rəşid Behbudov “Nəsimi” filmində çəkilməyimə icazə vermədi, qarşıma seçim qoydu”
“Biz gözəl vaxtda bu sənətə gəlmişik. O vaxt çətin idi. Hətta elə gözəl oxuyanlar var idi ki, Aztv-yə gəlib gedirdilər, onları efirə də buraxmırdılar. Seçim edirdilər. Sənəti sevib gəlmişəm. Nə fəxri ada görə, nə də şan-şöhrətə görə bu sənətə gəlmişəm. İndi bizim kimi fədakar insanlar yoxdur”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib. O daha sonra əlavə edib.

“Xoşbəxt sənətkar odur ki, heç vaxt unudulmur, yaddan çıxmır. Mənim də bəxtim gətirib ki, böyük tamaşaçı kütləsi məni sevir. Harada görürlərsə deyirlər ki, biz sizi necə görmüşük elə də qalmısız. Hara gedirəmsə gözəlliyimdən danışırlar. Onların xoş sözləri məni o qədər xoşbəxt edir ki, sözlə ifadə edə bilmərəm” deyə müğənni bildirib.

Ruhəngiz Musəvi film həyatından da danışıb.

“Aktyorlar evində Tofiq Quliyevin gecəsi idi. Tədbiri diktorumuz Rafiq Hüseynli aparırdı. Mənə yaxınlaşıb dedi ki, Həsən Seyidbəyli ilə İsa Hüseynov səni görmək istəyirlər. Özü də İsa müəllim deyir ki, mən Şəmsimi tapmışam. Söhbət “Nəsimi” filmindən gedir. Sınaq çəkilişlərinə getdim, sonra məşqlər olmalı idi. Mən də o vaxt Mahnı teatrında çalışırdım. Rəşid Behbudov bu filmdə çəkilməyimə icazə vermədi. Dedi ki, ya aktrisalığı seç, ya da müğənniliyi. “Baladadaşın məhəbbəti” filminə çəkilməyim isə tam təsadüf nəticəsində oldu. O illərdə Rəşid müəllim də filmə çəkildiyi üçün bizi müvəqqəti azad etmişdi. Bu filmdə sınaqa məni öncə Telman Adıgözəlovla, Şamili isə bir başqa xanımla çəkdilər. Elə oldu ki, Şamillə mən təsdiqləndim. Çəkilişlər 15 gün çəkdi. Anama demədim filmdə çəkilməyimi. Çünki dəniz səhnəsi var idi” deyə o bildirib.

Geri qayıt