Əsas Səhifə > Şou-biznes > Məşhur şirkətdən müğənnimizə fantastik reklam təklifi: 10 milyon dollar

Məşhur şirkətdən müğənnimizə fantastik reklam təklifi: 10 milyon dollar


22-02-2014, 11:37
Məşhur şirkətdən müğənnimizə fantastik reklam təklifi: 10 milyon dollar
Məşhur dərman firmalarından biri tanınmış azərbaycanlı müğənni Rəhim Rəhimliyə sensasion reklam müqaviləsi təklif edib.

Özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, dünyanın tanınmış dərman şirkətlərindən biri olan “Tetrasiklin” populyar müğənniyə 1 illik reklam müqaviləsi üçün 10 milyon dollar təklif edib.

Xəbərdə bildirilir ki, firmanın rəsmiləri tanınmış müğənninin “Başım ağrıyor” mahnısı ilə tanış olduqdan bəri onunla reklam müqaviləsi imzalamaq istəyir, lakin rəqib dərman şirkətlərindən birinin – adını dəqiqləşdirə bilmədiyimiz ağrıkəsici firmalardan birinin prosesə müdaxilə etməsi əməkdaşlığı gecikdirib.

Məlumatda qeyd edilir ki, “Tetrasiklin” firması R.Rəhimliyə əvvəlcə 1 milyon dollar təklif etsə də, digər dərman şirkəti ilə rəqabət nəticəsində müqavilənin qiyməti 10 milyon dollara qədər yüksəlib.

Mənbəmizin sözlərinə görə, adı çəkilən firmanın R.Rəhimli ilə reklam müqaviləsi imzalamasına səbəb onun “Başım ağrıyor” adlı mahnısından sonra ağrıkəsici tərkibli dərmanların satışında partlayış yaşanmasıdır.

Müğənniyə yaxın mənbələrdən müqavilənin əsas şərtlərindən biri barədə də məlumat əldə etmişik. Müqavilədə qeyd edilir ki, R.Rəhimli yaxın günlərdə ilk olaraq “Qarnım ağrıyor, dayanamıyorum” və “Bana bir tualet bul” adlı iki yeni mahnı yazdıracaq. Mahnının bütün sponsorluq xərcləri və təqdimatını də yuxarıda qeyd edilən dərman firması öz öhdəsinə götürəcək.

Qeyd edək ki, bu, Azərbaycan şou-biznes tarixində ən bahalı müqavilə kimi də tarixə düşəcək.

ULTRA ZƏRURİ QEYD: Bu layihədə adı çəkilən şəxsin və ya şəxslərin real həyatdakı ekvivalentləri ilə heç bir bağlantısı, əlaqəsi, münasibəti, uyğunluğu, paralelliyi, kəsişməsi və bu və ya digər formada həndəsi, fiziki, mənəvi baxımdan ortaq nöqtəsi yoxdur.

Geri qayıt