Əsas Səhifə > Şou-biznes > "O, bu atam toylara getmədi..."

"O, bu atam toylara getmədi..."


19-11-2023, 08:18
"O, bu atam toylara getmədi..."
“Hər adamı səhnə qəbul etmir. Elə sənətçilər var ki, onlar doğuluşdan səhnə, sənət üçündür. Geyinib-keçinib kameralar önünə çıxmaqla deyil. Tamaşaçıların gözlərini də mazol ediblər. Kameraların da dili olsa deyər ki, sən get, sənət üçün deyilsən. Şou biznes başqadır, sənət başqa”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Səidə Dadaşova deyib. O daha sonra atası, böyük sənətkarımız Rafael Dadaşovdan danışıb.

“Mənim atamla aramda olan bağ tam başqa olub. Bu uşaqlıqdan keçərlidir. O mənim üçün başqa bir dünya idi. Uşağlığımı, gəncliyimi gözəl yaşamışam. Atamla hər şeyi bölüşmüşəm. O vaxt aktrisa olmaq istəyirdim. Atam dedi ki, qızım, sənin üçün çətin olar. Bəlkə yaxşı fikirləşəsən?! Sonra dedi ki, deyəcəklər ki, atası aktyordur, qızını da öz yanına gətirdi. Mən heç vaxt atamın sənətindən, şöhrətindən istifadə etməmişəm. Cırmaq-dırnaqla sənətə gəlmişəm” deyə sənətçi bildirib.

O atasının toylara getməmə səbəbini də açıqlayıb.

“Atamın yaxşı dostları var idi. Ondan xahiş edirdilər ki, toylarında gəlib mikrofonu götürüb bir neçə kəlmə söz desin. Bir dəfə də dost toyu olub. Atam söz deyəndə bir gənc oğlan içkili vəziyyətdə ona yaxınlaşıb deyib ki, mən mahnı sifariş etmişəm, harda qaldı?! Atam sakitcə mikrofonu stolun üstünə qoyub çıxıb getmişdi. Demişdi ki, mənlik deyil. Həmin oğlanı toydan çıxarıb birbaşa evə göndərmişdilər. O, bu atam toylara getmədi. Deyirdi ki, gedib pis olmaqdansa, getməyib pis olmayım” deyə müğənni bildirib.

Səidə Dadaşova bildirib ki, xalq artisti Zeynəb Xanlarova ona sənətdə xeyir-dua verib.

“O vaxt Heydər Əliyev adına sarayda Zeynəb xanım Xanlarova ilə görüşdüm. Görüşümüz konsertdə, kulis arxasında oldu. Mənə dedi ki, qızım, sən utanma, oxu, qaltanlı səsin var. Mən o vaxt qaltanlı sözünü başa düşmədim. Evə gəlib atamdan soruşdum. Bu bilirsiniz mənim üçün nə demək idi? O mənə dəyər verdi. İndi sənətə yeni gələn müğənnilərə bu sözü deyənlər var? Əlbəttə ki, xeyr!” deyə müğənni bildirib.
Geri qayıt