Əsas Səhifə > Şou-biznes > "Adam utandığından efirə çıxmaz, amma..."

"Adam utandığından efirə çıxmaz, amma..."


11-11-2023, 11:11
"Adam utandığından efirə çıxmaz, amma..."
"Təsir dairəsi"nin 3 gün əvvəl yayımlanan buraxılışında müğənni Tacir Şahmalıoğlu 31 il sonra qardaşının övladı ilə görüşüb.

Studiyada İntiqamı Tacir Şahmalıoğlu ilə yanaşı, sənətçinin oğlu və digər əmisi qarşılayıblar.

Onlar görüşərkən göz yaşlarını saxlaya bilməyiblər.

Qeyd edək ki, bu olay sosial şəbəkələrdə heç də birmənalı qarşılanmayıb.

Şəhid qardaşı, ictimai fəal Elyar İslamoğlu da müğənniyə sərt reaksiyası ilə diqqətə gəlib:

"Müğənni Tacirin 31 ildir tapıb görüşə bilmədiyi şəhid qardaşının oğlunu verilişdə 31 dəqiqəyə tapıblar.

Adam ən azından qanından, canından olan şəhid yadigarına illərlə sahib çıxmadığı üçün utandığından efirə çıxmaz".


Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt