Əsas Səhifə > Şou-biznes > Ankarada ilk solo konsertini edir!

Ankarada ilk solo konsertini edir!


6-11-2023, 09:23
Ankarada ilk solo konsertini edir!
DİA.AZ: - Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov ilk dəfə Türkiyədə solo konsert verəcək.
DİA.AZ xəbər verir ki, estrada ulduzu Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi - 11 noyabrda Ankarada səhnəyə çıxacaq.
Ankara Büyükşehir Belediyesinin təşkilatçılığı ilə keçirilən musiqili gecə “Yahyalar Aile Yaşam Merkezi” açıq hava konsert salonunda baş tutacaq.
Qeyd edək ki, Seyran İsmayılxanov 2005-ci ildən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edib. Almaniyada dünya şöhrətli "The Voice" (Səs) layihəsinin iştirakçısıdır.

Geri qayıt