Əsas Səhifə > Şou-biznes > “Telekanalları izləməyə bilmərəm, bu mənim üçün ayıb olar”

“Telekanalları izləməyə bilmərəm, bu mənim üçün ayıb olar”


6-11-2023, 06:29
“Telekanalları izləməyə bilmərəm, bu mənim üçün ayıb olar”
“Bu gün münasibəti ilə bütün insanları, tamaşaçıları təbrik edirəm. Biz əvvəlki nəsil diktorlar bir-birimizlə ayda heç olmasa bir dəfə mütləq görüşürük. Ötən günləri yada salıb, xoş xatirələrə dalırıq. Gündə də telefonla danışıb, hal-əhval tuturuq. Sanki doğma bacılarıq. Bu illər ərzində artıq doğmalaşmışıq. Dünyadan köçən bütün diktorlarımıza Allah rəhmət etsin. Rəhmətlik Rafiq deyirdi ki, əgər insan istəyirsə uğur qazansın, çalışmamalıdır ki, özünü sevdirsin. Necə varsansa elə olmalısan. Tamaşaçı bunu çox gözəl bilir. Rafiq Hüseynli onu da deyirdi ki, kişi özünü efirdə kişi kimi aparmalıdır, qadın da qadın kimi”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, peşəkar diktor Şərqiyyə Hüseynova deyib. O daha sonra əlavə edib.

“Bir çox insanlar deyir ki, televiziyaları izləmirik. Amma bizim ixtiyarımız yoxdur ki, kanalları izləməyək. Hər gün heç olmasa 2 saat kanallarımıza vaxt ayırıram. Mütləq baxıram ki, sabah məndən nəyisə soruşanda deməyim ki, bizim kanallara baxmıram. Bu mənim üçün ayıb olar. Odur ki, izləyirəm, qeydlərimi edirəm. Əfsuslar olsun ki, bir çoxlarının telefonlarını bilmirəm. Bizim telefonlarımız isə hamıda var. Nəyisə bilməyəndə zəng edib soruşsunlar. Biz çox şad olarıq. Bir də gənc aparıcılardan xahiş edirəm ki, bilmədiklərini edib tamaşaçıları əsəbləşdirməsinlər” deyə diktor bildirib.

Diktor bildirib ki, əvvəllər geyimə bir o qədər də çox önəm verilmirdi.

“Əvvəllər də geyimə önəm verilirdi, amma bu günki kimi deyil. Geyimlərimizi özümüz alırdıq. İldə iki dəfə bizim üçün geyim tikirdilər. Bir kostyum, bir dənə də paltar. Sən işdən çıxanda həmin geyimləri təhvil verməli idin. O paltarla yaxud da kostyumla sən ilboyu efirə çıxa bilməzdin axı! Özümüz də alıb geyinirdik. İndi isə geyimə görə efirdə təşəkkür edirlər. Bu zamanın tələbidir, belə də olmalıdır” deyə diktor bildirib.
Geri qayıt