Əsas Səhifə > Şou-biznes > "Musiqiçilərdən yüzü, iki yüzü toya gedir, bəs qalanları?"

"Musiqiçilərdən yüzü, iki yüzü toya gedir, bəs qalanları?"


29-10-2023, 15:56
"Musiqiçilərdən yüzü, iki yüzü toya gedir, bəs qalanları?"
Azərbaycanda musiqiçilərin durumu iş tapmaq baxımından problemlidir.

DİA.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib.

"Kim normal yaşayırsa, o adamlar toya gedir. Minlərlə musiqiçidən uzağı yüzü,iki yüzü toya gedir, gedə bilir. Bəs qalanları?" - rektor əlavə edib.

Siyavuş Kərimi hesab edir ki, Konservatoriyanı bitirən kəs orta məktəblərdə musiqi fənnini tədris eləmək gücündədir: "Amma musiqidən bixəbər adamlar onların yerini tutur, musiqi tədris edirlər".
Geri qayıt